Ukrayna parlamenti sülhməramlıların gəlməsinə icazə verdi
04.06.2015 22:36 Dünyadan reaksiya 820
Ukrayna parlamenti sülhməramlıların gəlməsinə icazə verdi
Ukrayna Ali Radası “Ukrayna ərazilərində başqa dövlətlərin hərbi birləşmələrin yerləşdirilməsinə icazə qaydaları və şərtlərı haqqında “ qanuna dəyişikliyi təsdiqləyib.
Reaksiya.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ali Radanın saytında sözügedən qanuna dəyişiklik edilməsinə 240 deputat səs verib (226 minimal səs tələbi olduğu halda).
Dəyişikliklərə görə, Ukraynanın xahişi və ya hansısa təklif əsasında, kömək formasında xarici dövlətlərin hərbi birləşmələrinin respublika ərazisinə gəlməsinə, sülhməramlı kimi yerləşdirilməsinə icazə verilir. Eyni zamanda, qanunda Ukraynaya qarşı hərbi aqressiya nümayiş etdirən dövlətlərin hərbçilərinin ölkə ərazisində olması qanunsuz hal kimi qiymətləndirilir.
Qeyd edək ki, Ukraynaya sülhməramlıların gəlməsi məsələsi artıq bir neçə aydır müzakirə olunur. Prezident Pyotr Poroşenki bildirmişdi ki, ölkə ərazisinə BMT və ya Avropa İttifaqının sülhməramlı qüvvələri gətirilə bilər.
Rüfət
Reaksiya.Az
Şərhlər