Ərəb koalisiyasından Yəmənə zərbə
07.08.2015 02:12 Dünyadan reaksiya 1790
Ərəb ölkələri koalisiyasının Yəmənin cənub və şimal-şərq rayonlarına endirdikləri hava zərbələri nəticəsində 14 nəfər ölüb.Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı ilə həmsərhəd Hacca bölgəsinin Bakil əl Mir bələdiyyəsinə endirilən zərbələr nəticəsində 8 nəfər ölüb, daha 6 nəfər isə ölkənin cənubundakı Taiz rayonunun bombardman olunması nəticəsində ölüb.
Yaralıların sayı barədə dəqiq məlumat verilmir.
Hava zərbələrinə həmçinin paytaxt Sana ətrafındakı rayonlarda məruz qalıb. Burada ölən və yaralananlar barədə məlumat verilmir.
Şərhlər