Obamadan Türkiyəyə xəbərdarlıq

07.08.2015 02:40     Dünyadan reaksiya     1319

ABŞ prezidenti Barak Obamanın çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada Türkiyə haqqında önəmli məsələlərə toxunduğu bildirilir.

Reaksiya.az-ın Huffinqton Posta istinadən verdiyi xəbərə görə Obama “ Türkiyənin əsas hədəfi PKK yox, İŞİD olmalıdır” deyə bildirib.

Jurnalistin Obamadan Türkiyə Prezidenti Ərdoğanın İŞİD-ə hücumlarını PKK-ya qarşı əməliyyat keçirməkçün istifadə etməsindən narahatlıq keçirib-keçirməməsi soruşduğunda Obama Türkiyə ilə İŞİD-in bölgədəki təhlükəsi ilə bağlı görüşdüklərini bildirərək “ Türkiyənin özünü PKK hücumlarından da qorumaq haqqı var” deyib.Ancaq Obama Türkiyə ilə əsas məsələnin ölkə sərhədindən xarici döyüşçülərin İŞİD-ə qoşulması olduğunu vurğulayıb. ABŞ prezidenti hazırda əsas işlərin bu istiqamətdə aparıldığını deyib.

Şərhlər

Çox oxunanlar