Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər
16.04.2018 12:24 Dünyadan reaksiya 1555
Aksiya iştirakçıları baş nazir postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsinə etiraz edirlər
Bu gün yerli vaxtla saat 08:15-dən etibarən Yerevanda vətəndaş itaətsizliyi aksiyası başlayıb. Küçələr bağlanıb, şəhərdə avtomobillərin hərəkəti iflic olub.
Yerevanın Baqramyan, Moskovyan, Abovyan və digər küçələri hərəkətə qapadılıb. Aksiyaya tələbələr və bir sıra sürücülər qoşulub. Tələbələr Ermənistanın baş naziri postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsinə etirazlarını bildirirlər.
Məlumata gprə, Maştotsa prospekti də bağlanıb və burada iğtişaş baş verib. Şəhərin hər yerində tıxac hökm sürür. Etrazçılar az qala hər maşın uğrunda mübarizə aparırlar və bütün hərəkəti iflic ediblər.
Polis tələbələri digər vətəndaşlarının hüquqlarını pozmamağa çağırıb. Bir sıra etirazçılar polislərə çiçək paylayaraq polisə və onların xidmtlərinə hörmət etdiklərini bildirirlər.
"Əgər Paşinyan (müxalifət lideri Nikol Paşinyan-red.) desə ki, gedin, biz çıxıb gedəcəyik" — deyə tələbələr bildirirlər.
Ermənistanın baş nazirinin korteji Abovyan küçəsində hərəkət edə bilməyib və Mxitar Heratsi adına Dövlət Tibb Universitetinə gedən dalana üz tutmalı olub. Bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürüləcək.
Paşinyan ötən gün öz çıxışında Yerevanda nəqliyyatın kollapsını təşkil edəcəyini bildirib. O, 10 il əvvəl baş verənləri xatırladıb. Onda Nikol Paşinyan hələ deputat deyildi. Jurnalist və qəzet redaktoru ola-ola yüz minlik izdhamı Levon Ter-Petrosyanın prezident seçilməsi üçün küçələrə çıxarmışdı.
Hazırda aksiya fəalları "Yelk" fraksiyasınını lideri Nikol Paşinyanın rəhbərliyi altında Yerevan Dövlət Tibb Kollecinin binasını dağıdırlar. Onlar tələbələri dərs prosesini boykot edərək aksiyaya qoşulmağa çağırırlar. Hazırda onlar kollecin binasını mərtəbə-mərtəbə gəzərək tələbələri dərsdən çıxarırlar.
Xatırladaq ki, Ermənistanda Paşinyanın təşəbbüsü ilə baş tutan "Mənim addımım" piyadaların etiraz aksiyası bütün ölkəni bürüməkdədir. Son bir neçə gündə Paşinyan və onun tərəfdarları 200 kilometrdən artıq piyada yol qət edərək aksiya keçirirlər.
Onların akisiyası Gümrü, Vanadzor, Spitak, Dilican, Abobyan və Razdan rayonlarını əhatə edir. Sonra onlar Yerevanda küçələrə çıxaraq avtomobillərin hərəkət etdiyi yolları bağlayıblar.
Aprelin 13-də Paşinyan və tərəfdarları Dövlət Tibb Universitetinə daxil olaraq rektorun otağına girməyə cəhd ediblər. Universitetin təhlükəsizlik xidmətinin iki əməkdaşı onlarla çarpışmada xəsarət alıb.
Aprelin 14-də etirazçılar polis kordonunun arasından keçərək Ermənistan İctimai Radiosunun binasına giriblər. Bu bina dövlət mühafizəsində olan strateji binadır. Aksiyaçılar binanın bağlı qapısını qıraraq radiostudiyaya daxil olublar.
Aprelin 14-dən 15-nə keçən gecə isə onlarla mitinqçi küçələrdə çadır quraraq gecəni orada keçiriblər. Etirtazçılar Serj Sarkisyanın baş nazir olmasını istəmirlər və onun hakimiyyətinini sona çatması uğrunda mübarizə aparırlar.(sputnik)
Şərhlər