İran da deputatlarını Əsədlə görüşə göndərir
16.04.2018 12:52 Dünyadan reaksiya 1258
İran parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Suriyaya səfər edəcək.
Bunu “Tasnim” agentliyinə açıqlamasında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Cavad Camali deyib. O, səfərin 17 apreldə gerçəkləşəcəyini bildirib.
Camali Suriyaya yollanacaq nüməyəndə heyətinə Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Əlaəddin Burucerdinin rəhbərlik edəcəyini bildirib.
Qeyd edək ki, dünən Rusiya Suriyaya öz deputatlarından ibarət nümayəndə heyəti göndərib.
Şərhlər