Nüsra Türkiyə sərhədindən çəkilir
07.08.2015 04:01 Dünyadan reaksiya 1611
Reaksiya.az xarici mənbələrə istinadən xəbər verir ki, Suriyada hökumətə qarşı mübarizə aparan müxalif qüvvələrdən olan Nüsra cəbhəsinin Hələbin şimalında, Türkiyə sərhədi yaxınlığında öz nəzarətində olan mövqeləri digər müxalif qruplara verəcək.
Suriyadakı müharibəni yaxından izləyən “ əl ərəbi əl cədid”in Nüsra komandirlərinə istinadən verdiyi xəbərdə Nüsranın Kilis Öncüpınar sərhəd məntəqəsindən 6 kilometr uzaqlıqdakı Əzəzi boşaldacağı bildirilir. Nüsranın Türkiyə sərhədindəki iki qərargahını boşaltdığı ehtimal edilir. Bu addımın Türkiyə və ABŞ arasında razılaşdırılmış “ İŞİD-dən təmizlənmiş bölgə” planı ilə əlaqəli olduğu və bu “təhlükəsiz bölgə”də Nüsranın olmayacağının göstəricisi kimi şərh edilir.
Yerli mənbələrin verdiyi məlumata görə Nüsra ilə Hələbdəki digər müxalif qüvvələr arasında toplantı keçirilib. Toplantıda alınan qərara əsasən Hələbin şimalındakı Nüsranın nəzarətində olan Həvar Kilis bölgəsinin türkmən qrupu Sultan Tuğayına təhvil verəcəyini bildirən mənbələr Hələbin Əzəz rayonundakı bütün qərargahları ilə şəhərin şimalında terror təşkilatı İŞİD ilə olan cəbhə xətlərinin isə Şam cəbhəsinə veriləcəyini dedi.
Şərhlər