Terror aktı: - 8 ölü, 120 yaralı
07.08.2015 04:48 Dünyadan reaksiya 1798
Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə əfqan ordusunun bir kəşfiyyat mərkəzinə bombalı hücum edilməsi nəticəsində 8 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.
Kabilin polis rəisi Əbdül Rəhman Rahimi jurnalistlərə verdiyi açıqlamada paytaxtın Şah Şəhid küçəsindəki partlayışın bombalı maşınla törədildiyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vahidullah Mayar isə yaralıların vəziyyətinin ağır olduğunu deyib.
Əfqanıstan Daxili İşlər nazirinin köməkçisi Eyyub Salanqi tvitter sosial şəbəkəsində terror aktını təsdiqləyib.
Şərhlər