Rusiyalı hakerlər Pentaqonun kompyuter sistemini qırıblar
07.08.2015 05:44 Dünyadan reaksiya 1604
Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC News telekanalı məlumat yayıb. Məlumata görə, iyulun 25-də törədilmiş kiber hücum barədə ABŞ hakimiyyətindən bildirilib.
Məlumata əsasən, hakerlər məxfiləşdirilməmiş elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.
Bundan əvvəl rusiyalı hakerlərin Twitter-də yayılmış virus vasitəsilə Ağ Evin kompyuter şəbəkəsinə daxil olduğu barədə məlumat yayılıb.
Şərhlər