Kim Çen In “daşı ətəyindən tökür”

21.04.2018 13:13     Dünyadan reaksiya     1394

“Şimali Koreya bütün nüvə sınaqlarını dondurmağa və iri nüvə poliqonunu bağlamağa razılıq verdi. Bu Şimali Koreya və bütün dünya üçün xoş xəbərdir, böyük tərəqqidir. Sammitimizi gözləyirəm”.

Reaksiya.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen Inın bu qərarı gözlənilən və ağıllı addımdır.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.

Reaksiya.az

Şərhlər