Ukrayna XİN-dən Donbas açıqlaması

07.08.2015 06:23     Dünyadan reaksiya     1576

Qərb Donbasdakı "münaqişənin dondurulması"nı istəmir.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.

 

“Qərbdə heç kimdə Donbasdakı münaqişənin “dondurulmuş münaqişə” şəklində sabitləşdirmək kimi illüziya yoxdur”, deyə o yerli “5-ci kanal”ın efirində çıxışı zamanı bildirib.   

 

Klimkin qeyd edib ki, “Donbas üzrə kompromis tək Donbas üçün yox, bütövlükdə, bütün Avropa üçün  tamamilə gözlənilməz fəsadlara gətirib çıxaracaq”.  

 

Klimkinin sözlərinə görə, Qərbdə yaxşı anlayırlar ki, Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək.  

 

Şərhlər

Çox oxunanlar