Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar
23.04.2018 11:59 Dünyadan reaksiya 1413
Ermənistanın ali təhsil müəssisələrinin tələbləri aprelin 23-dən tətil elan edərək dərslərə girməyiblər.
Onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.
Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.
Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.(report)
Şərhlər