İrəvanda Aprel döyüşçülərinin iştirakçıları da etiraza qalxdı
23.04.2018 12:36 Dünyadan reaksiya 1223
İrəvanın Azadlıq meydanında müxalifətçi qüvvələrin daha bir etiraz nümayişi başlanıb.
Etiraz aksiyasına 2016-cı ildə baş verən Aprel döyüşlərinin iştirakçıları da qoşulub.
Aprel döyüşçülərinin etirazçılarından biri qeyd edib ki, onların məqsədi hökumət dairələrinə təsir etmək, həmçinin xalqı zorakılıq yolu ilə getməməyə səsləməkdir.
O, Aprel döyüşləri iştirakçılarına ön sırada durmağı təklif edib və nümayiş də məhz bundan sonra başalyıb.
Qeyd edək ki, hazırda İrəvanın müxtəlif hissələrində etiraz aksiyaları keçirilir. Həmçinin Vanadzor, Gümrü, Göyçə, Razdanda da etiraz aksiyaları keçirilir.(ordu.az)
Şərhlər