Paşinyanın namizədliyi gündəmdə - Baş nazir ola bilər

25.04.2018 14:17     Dünyadan reaksiya     1238

Ermənistan müxalifətinin lideri, etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan "Yelk" fraksiyası tərəfindən baş nazir vəzifəsinə namizəd qismində irəli sürülə bilər.

Bu barədə Ermənistan mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, N.Paşinyanın baş nazir seçilməsi üçün 53 səs yığması lazımdır.

Xatırladaq ki, Nikol Paşinyanın tələblərindən biri növbədənkənar seçkilərin keçirilməsidir.

Reaksiya.az

Şərhlər