Ermənistan Gürcüstanla sərhədə nəzarəti itirdi
25.04.2018 14:37 Dünyadan reaksiya 1218
İrəvanda Respublika meydanında etiraz aksiyalarına start verilib.
Artıq etirazçılar meydana axın etməyə başlayıb.
Qeyd edək ki, Ermənistan Baş nazir əvəzi Karen Karapetyan ötən gün müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina etdi. Bundan sonra Paşinyan bu gün saat 11:00-a xalqı vətəndaş itaətsizliyinə və mitinqə çağırdı.
***
Ermənistanın İrs Partiyası tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib.
Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir.(axar)
Şərhlər