Saakaşvilidən İrəvana çağırış - İnqilabın bəhrəsi oğurlanır
26.04.2018 11:41 Dünyadan reaksiya 1456
Ermənistan Rusiya ilə münasibətləri pozmadan reformlar keçirə bilməyəcək.
Bunu Rusiya mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Əsas məsələ xarici siyasi istiqamətdir. Bu, deklarasiya deyil, həyat tərzidir. Ukraynada hazırda sözdə antimoskva rejimi hökm sürür, amma həyat tərzi baxımından Ukrayna elitası Gürcüstan, Moldova və Ermənistan elitaları kimi Moskvanı yamsılayır. Tamamilə eyni rejimlər formalaşdırılır.
Nikol Paşinyanın artıq indidən Moskva ilə problemləri var. Erməni elitası indidən onu kənara atıb, inqilabın bəhrələrini oğurlamağa çalışır. Ukraynada bu bir neçə il çəkdi, burada isə artıq sabahkı gündən başlayıb”, – deyə o bildirib.
Şərhlər