ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi

26.04.2018 13:11     Dünyadan reaksiya     1464

Rusiya tərəfi Türkiyə ilə imzalanmış müqaviləyə uyğun olaraq "S-400"lərin istehsalına başlayıb

Rusiya ilə Türkiyə arasında "S-400" zenit-raket kompleksinin alqı-satqısına dair imzalanan müqaviləni həyata keçirmək üçün Rusiya tərəfi prosedurlara başlayıb. Rusiya Müdafiə Nazirliyindən Ankaranın sifariş verdiyi batareyaların "Almaz-Antey" firmasında istehsalına başlandığını və sifarişin müəyyən olunan müddətdən də əvvəl təhvil veriləcəyini bildiriblər.

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal İdarəsinin rəhbəri Dmitri Şuqayev "S-400" sistemləri üçün Rusiya ilə Türkiyə arasında müvafiq kredit sazişinin imzalanmasından sonra Ankaranın tələbinə əsasən istehsal prosesinin sürətləndirildiyini vurğulayıb. O bildirib ki, Türkiyə üçün istehsal edilməkdə olan batareyaların təhvil-təslim prosesi 2020-ci ildən əvvəl həyata keçiriləcək.

"Rosoboroneksport" SC-nin baş direktoru Aleksandr Mixeyev də bildirib ki, Türkiyənin tələb etdiyi "S-400" havadan müdafiə sisteminin batareyalarının istehsalına başlanılıb və beləliklə, müqavilənin icra olunması prosesinə rəsmən start verilib.

Xatırladaq ki, ABŞ hər vəchlə Türkiyənin Rusiyadan "S-400" almamasına çalışır. Pentaqon bildirir ki, NATO üzvü olan bir ölkənin ordusunda NATO sisteminə yad olan hər hansı hərbi texnikanın olması doğru deyil.(sputnik)


Reaksiya.az

Şərhlər