İrəvandan çıxa bilərik: bəs, Bakının önündə kim duracaq?

27.04.2018 12:46     Dünyadan reaksiya     1722

Rusiyanın Gümrüdəki 102-ci bazasının bağlanmasından Rusiya yox, Ermənistan itirəcək.

Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı jurnalist Vladislav Şurıqin deyib.

“Rusiya üçün bu baza heç bir real hərbi dəyərə malik deyil. Bu ərazinin Gürcüstan sayəsində Rusiya ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq 102-ci baza yerləşdiyi ərazinin əsirinə çevrilib. Bu baza Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun Ermənistan rəhbərliyi və erməni biznesi ilə sıx əlaqələri olduğuna görə yaradılmışdı. Onun yeganə hədəfi isə Ermənistandakı situasiyaya nəzarəti təmin etmək idi.

Əgər Ermənistanın yeni rəhbərliyi 102-ci bazanın buradan çıxmasını tələb etsə, Moskva bu tələbi rahatlıqla yerinə yetirə bilər. Onun yerinə Vyetnam və Kubada yeni baza açmaq daha sərfəlidir. Ermənistan anlamalıdır ki, bu qərardan sonra onlar Azərbaycanla savaşda təkbətək qalacaqlar. 300% əminəm ki, heç bir ABŞ və ya Britaniya xüsusi təyinatlıları İrəvanı Qarabağ savaşından xilas etməyə gəlməyəcək”.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar