Ermənistan hökumətinin müvvəqəti başçısı müxalifət lideri ilə görüşdən imtina edib

27.04.2018 12:52     Dünyadan reaksiya     1366

 Ermənistan baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina edib.

Bunu Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.

Qeyd edək ki, aprelin 27-də saat 12-də onların görüşü nəzərdə tutulmuşdu. Müxalifət görüşün KİV üçün açıq keçirilməsini istəyirdi.

Xatırladaq ki, aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub. Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir. Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.(report)

 

Reaksiya.az

Şərhlər