Qarabağdakı ordu hazır vəziyyətə gətirildi - Hər an TOQQUŞMALAR BAŞLAYA BİLƏR

03.05.2018 15:32     Dünyadan reaksiya     900

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib.

 İşğal olunmuş torpaqlarda yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan separatçı rejimin “müdafiə nazirliyi”ndə müşavirə keçirib.

Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi ilə görüşən Saakyan təmas xəttindəki vəziyyəti müzakirə edib və erməni ordusunun hazır vəziyyət gətirilməsi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi altında aksiyalar davam edir. Etirazçılar iqtidarda olan Respublika Partiyasının tamamilə istefa verməsini və hakimiyyətin xalqa təhvil verilməsini tələb edirlər. Ermənistanda daxili gərginliyin fonunda Qarabağdakı erməni hərbiçilərinin hazır vəziyyətə gətirilməsi diqqət çəkir. Ekspertlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalq hərəkatının qarşısını almaq üçün Qarabağda təxribatlara əl ata biləcəyi ehtimalını vurğulayırlar. (Azadliq)

Reaksiya.az

Şərhlər