Akşener: “Qorxmaq növbəsi iqtidardakı kişilərdədir”
03.05.2018 17:23 Dünyadan reaksiya 870
İyunun 24-də keçiriləcək parlament və prezident seçkilərini dəyərləndirən Akşener, xüsusilə prezident seçkilərində müxalifət partiyalarının ikinci turda tək səs olması lazım gəldiyini söyləyib.
"Hələ ortada heç bir şey yox ikən Erdoğana qarşı namizədliyini açıqlayan ilk şəxs mənəm. Prosesin əvvəlindən bu yana eyni şeyi deyirəm. Hər kəs öz namizədinə səs verməlidir. İkinci turda isə demokratiya və ölkəmiz üçün müxalifət mübahisələri bir kənara buraxıb müxalifətin namizədi kimdirsə, onu dəstəkləməlidir".
Guardian gəzeti "seçki sorğuları Erdoğanın ilk turda rahat seçki qalibiyyəti ala biləcəyini göstərir. Lakin sorğular seçkinin ikinci tura qalacağı və Erdoğanın qarşısındakı rəqibin Akşener olacağı təqdirdə baş-başa yarış ola biləcəyini də göstərir" yazır.
Akşener "Guardian"a verdiyi açıqlamasında 24 iyun seçkisini "ölkə tarixinin ən vacib seçkisi" adlandırıb və deyib: "Tək insanın idarəçiliyində olan rəhbərlik nəticəsində Türkiyə yaxın və uzun gələcəkdə çox şeyi itirər. Hüququn aliliyini və məhkəməni yenidən qurmalıyıq", o əlavə edib.
Xəbərdə Akşenerin dünyəvi ölkə haqqında fikirlərinə də yer verilib:
"Mən ibadət edən müsəlmanam. Həcc ziyarətinə də getmişəm, amma bizi idarə edən ağıl qanunlara əsaslanmalıdır. Dövlətin dünyəvi olması qanunların insanlar zaman içində dəyişən ehtiyaclarına görə dəyişdirilməsini təmin edir".
Guardian qəzeti Akşenerin kürd seçiciləri razı salmaqda çətinlik çəkəcəyini yazır və "kürdlərin yaşadığı bölgələrdə Türkiyənin ən pis insan haqları pozuntularının yaşandığı dövrdə Akşener daxili işlər naziri vəzifəsində çalışırdı" - deyə xatırladır.
"Guardian" Akşenerin indiyədək kürd probleminin necə həll ediləcəyinə dair konkret təklif vermədiyini də vurğulayır.
"Guardian" məqaləsinin sonunda Akşenerdən sitat verib: "Artıq qorxmaq növbəsi iqtidardakı kişilərdədir" (BBC-Azərbaycanca).
Şərhlər