BMT-nin baş katibindən Trampa xəbərdarlıq

04.05.2018 12:13     Dünyadan reaksiya     1171

BMT-nin baş katibi Antonio Quterriş ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.

O, Amerikanı mayın 12-də İranla beynəlxalq səviyyədə bağlanacaq nüvə sazişinə əngəl törətməməyə çağırıb:

"Əgər nə vaxtsa indikindən daha yaxşı saziş qarşımıza qoyularsa, bu, normal görünə bilər. Ancaq indi bizim daha yaxşı alternativimiz yoxdur". 

Quterriş qeyd edib ki, İranın regional təsiri ilə bağlı məsələlər ölkənin nüvə proqramından ayrı tutulmalıdır. 

Qeyd edək ki, 12 may müzakirələrindən sonra Tramp İrana qarşı sanksiyaların təbiq edilib-edilməməsi ilə bağlı qərarını bildirəcək.

Reaksiya.az

Şərhlər