Keniyada daşqın: 112 nəfər ölüb, 8 min ha əkin sahəsi məhv olub

04.05.2018 16:29     Dünyadan reaksiya     1139

Keniyada güclü leysandan yaranan daşqın nəticəsində 112 nəfər ölüb.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Qızıl Xaç Çəmiyyəti bildirib.

İnformaiyaya əsasən, kənd təsərrüfatı üçün yararlı olan 8 min ha torpaq sahəsi daşqın altında qalaraq, məhv olub.

Bildirilib ki, təbii fəlakətdən 260 mindən çox insana ziyan dəyib. 

Reaksiya.az

Şərhlər