İsrail BMT Təhlükəsizlik Şurasına daxil olmaq istəmir

05.05.2018 13:36     Dünyadan reaksiya     1328

İsrail bu il BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük yeri uğrunda mübarizə aparmayacaq.

Bununla bağlı İsrailin BMT-dəki daimi nümayəndəliyi məlumat verib. 

“Aparılan danışıqlardan sonra BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı namizədliyimizi ləğv etdik”, - bəyanatda deyilir. 

BMT Təhlükəsizlik Şurasının 2019-2020-ci il üçün qeyri-daimi üzvlüyünə seçkilər BMT Baş Assambleyasının 8 iyunda baş tutacaq iclasında keçiriləcək.

Reaksiya.az

Şərhlər