"Ermənistan Türkiyə ərazilərinə iddia edir" - Binəli Yıldırım

11.05.2018 15:51     Dünyadan reaksiya     1386

Ermənistan Türkiyə ərazilərinə iddia edir. Halbuki Türkiyə heç bir ölkə ilə düşmənçilik etmir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

Baş nazir bildirib ki, Ermənistan Türkiyəyə qarşı da düşmənçilik ab-havasındadır:

"Əgər Ermənistan Türkiyəyə qarşı hər hansı iddia irəli sürməyi dayandırsa və həqiqətən də Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaq istəyirsə, Ankara bu məsələyə baxa bilər".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazır olduğunu bəyan edib.

 

Reaksiya.az

Şərhlər