İstanbulda kritik görüş başladı: 40-dan çox ölkə...
18.05.2018 12:48 Dünyadan reaksiya 1281
İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliamla bağlı İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili toplantısı başlayıb.
Toplantıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açılış çıxışı edib.
Çavuşoğlu bildirib ki, aramızda birlik olmalı və bəzi ölkələrin ABŞ nümunəsini izləməsinin qarşısını almalıyıq.
“Ancaq bəzi İƏT üzvlərinin Fələstin davasına sahib çıxmadıqları görünür. Bəzilərinin Nyu Yorkdakı Qüds toplantısında çəkinərək səs verdiyini, bəzilərinin səs vermədiyini, bəzilərinin də əleyhimizə səs verdiyini gördük. İsrailin şiddət siyasəti sona çatmalıdır”, - Çavuşoğlu bildirib.
Zirvə görüşündə 40-dan çox ölkənin iştirak etdiyi bildirilib.
Şərhlər