ABŞ-dan Türkiyəyə qarşı ŞOK ADDIM - XAİN PLAN İŞƏ DÜŞÜR
19.05.2018 12:29 Dünyadan reaksiya 1922
ABŞ Konqresinin Senatından sonra Nümayəndələr Palatasında da Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışınını qadağan edən qanun layihəsi hazırlanıb.
Təşəbbüs Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin üzvü, demokrat Devid Cicilliene tərəfindən irəli sürülüb.
Onun təşəbbüsünü respublikaçılar Ted Yoho, Gus Lirakis və Robert Aderholt və demokratlar Con Sarbanes, Frank Pallone və Cim Makkovn dəstəkləyib.
Qanun layihəsində prezident Donald Trampdan Türkiyənin NATO-nun ortaq fəaliyyətinə və NATO ölkələrinin təhlükəsizliyinə zərər vermədiyi mövzusunda zəmanət istənilir, əks halda “F-35”-lərin satışının qadağan edilməsi nəzərdə tutulur. Konqresmenlərin hədəfinin Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq istəyən Türkiyəyə təzyiq göstərmək olduğu bildirilir.
Xatırladaq ki, ötən ay ABŞ senatorları Türkiyəyə yeni "F-35" qırıcı təyyarələrinin verilməsinı mane olmaq üçün qanun layihəsi irəli sürüblər. Senatorlar əsas səbəb olaraq amerikalı keşiş Endryu Kreyq Brunsonun Türkiyədə həbs edilməsini göstərirlər. Qeyd edək ki, E.Brunson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.
"F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü əngəlləmək ilə bağlı qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb.
Ceyms Lenkford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu bildirib: "Təəssüf ki, Türkiyənin strateji qərarları tədricən cızığından çıxır və bəzən ABŞ-ın maraqları ilə toqquşur. Bundan başqa, Türkiyə hökuməti getdikcə Rusiyaya yaxınlaşır. Eyni zamanda, Türkiyə amerikalı keşişi günahsız yerə həbsxanada saxlayır və ondan siyasi müzakirələrdə istifadə etmək istəyir".
Senator Tom Tillis də Türkiyəni iki ölkə arasında münasibətləri pozmaqda ittiham edib.
Qeyd edək ki, “F-35 Lightning II” beşinci nəsil gözəgörünməz çoxfunksiyalı qırıcılar ailəsinə daxildir. “Lockheed Martin” korporasiyası 2001-ci ildən onun hazırlanması ilə məşğul olur. ABŞ-dan başqa, Böyük Britaniya, Niderland, İtaliya, İsrail, Kanada, Norveç, Yaponiya, Türkiyə və Cənubi Koreya qırıcıları almağı planlaşdırır.
Qırıcı üç variantda buraxılır: A ( hava qüvvələri üçün), B (sürətli uçuş və şaquli vəziyyətdə havaya qalxma imkanı olan) və C (hərbi dəniz donanması üçün).
Ötən həftə isə ABŞ-ın Fort-Uerte şəhərində “F-35A Lightning II” qırıcısı Türkiyə bayrağı altında ilk uçuşunu həyata keçirib. 18-0001 nömrəli “F-35A” qırıcısının 21 iyun tarixində rəsmi olaraq Türkiyə hava qüvvələrinə təhvil-təslim ediləcəyi nəzərdə tutulub. Bu haqda Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmail Dəmir bildirib.(publika)
Şərhlər