Rusiya “Türk axını”qaz kəməri ilə bağlı Türkiyəyə iki təklif göndərib.
07.08.2015 21:10 Dünyadan reaksiya 2075
Reaksiya.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyindən bildiriblər. Nazirlik nümayəndəsi bildirib ki, Türkiyəyə seçim təklif olunub: layihə üzrə ya bir, ya da dörd boru xəttinin çəkilməsi. “Biz Türkiyəyə iki təklif göndərmişik. Birinci təklifə görə, layihə bir boru xətti ilə, ikincisinə görə isə dörd boru xətti ilə gerçəkləşəcək. Hazırda təkliflər Türkiyə tərəfindən nəzərdən keçirilir”, - deyə mənbə qeyd edib. Bundan əvvəl isə bildirilmişdi ki, Rusiya və Türkiyə qazın qiymətlərində endirim barədə razılığa gəliblər. Bu məsələ bir müddət əvvəl təxirə salınan danışıqlarda əsas məqamlardan biri hesab olunurdu.
Şərhlər