ABŞ-ın İranla bağlı qərarının arxasındakı gizli adlar

21.05.2018 12:57     Dünyadan reaksiya     1455

2011-2013-cü illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının İran üzrə direktoru, İranla əldə edilən nüvə sazişinin memarı, amerikalı diplomat Riçard Nefyu Türkiyə mətbuatına müsahibə verib.

 R.Nefyu müsahibəsində ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çəkilməsi məsələsini, həmçinin bununla ölkəsinin beynəlxalq platformada tutduğu yeri şərh edib.

- Siz Donald Trampın nüvə razılşamasından çəkilməməsi ilə bağlı çağırışı imzalayanlardan birisiniz.

- Nüvə razılşamasının alternativlərlə müqayisədə Amerikanın maraqlarına daha uyğun olduğunu düşünürəm. İranın nüvə proqramını yenidən başlatmasını əngəlləmək üçün... Ayrıca, beynəlxalq toplumun dəstəyini də alan bir razılaşma idi. Bu razılaşmanı ləğv etməyin işləri daha pis hala gətirəcəyini düşünürəm.

- Durumla bağlı ən pis ehtimallarınız nədir?

- Birincisi, iranlılar nüvə proqramlarına yenidən başlaya, 2-3 ay kimi bir müddət içində asanlıqla silah istehsal edə bilər. İkincisi, problemi həll etmək üçün artıq daha çox beynəlxalq dəstək görə bilməyəcəyik. Çünki razılaşmanı pozan bir ölkə mövqeyindəyik. Məncə, İranla daha pis bir duruma doğru irəliləyirik. Artıq yanımızda müttəfiqlərimizin dəstəyi yoxdur.

- Donald Tramp niyə razılaşmadan çəkilməyi bu qədər istədi?

- Seçki kampaniyasının vədi idi. Yanvar ayında bir ultimatium verdi. Ötən həftə də “mən sözümün arxasındayam” dedi. Bunu siyasi dəyərlərinin bir parçası olaraq görür və doğrunu söyləyən siyasi lider olduğunu təsdiq etmək istəyir. Əlavə olaraq, bizdən daha yaxşı olduğunu düşünür. “Mən təkbaşıma daha yaxşı bir razılaşma əldə edə bilərəm” düşüncəsindədir. Bir tərəfdən də hökumətinin içindəki bir qrup tərəfindən istifadə edilir. Bu qrup İranda rejim dəyişikliyi istəyir. Məncə, Trampın belə bir niyyəti yoxdur. Hələ insan haqları kimi mövzular qətiyyən vecinə deyil. Bəhs etdiyim qrup milli təhlükəsizlik məsləhətçisi Con Bolton, BMT səfiri Nikki Heyli və xarici işlər naziri Mayk Pompeodan ibarətdir. Razılaşmadan çəkilmək onlar üçün rejim dəyişikliyini təmin edən bir addımdır.

- Bir razılaşma əldə edirsiniz, daha sonra bundan geri çəkilirsiniz. Bu, Vaşinqtonun etibarı haqqında nə deyir?

- Çox da etibarımızın qaldığını söyləyə bilmərəm. Böyük zərər gördü. Məsələ razılaşma əldə etməməyimiz deyil, o razılaşmanı siyasi proseslərə qurban verməyimizdir. Başqa ölkələrdə də bənzər problemlər var. Amma bizim siyasi sistemimiz daha çox qütbləşib. Bu baxımdan yanaşsaq, bütün bu əldə edilən razılaşmalara sadiq qalmaq fikrinə zərər verir. “Bu hökumət razılaşma əldə edir, digər hökumət nə deyəcək?” - deyə düşünürsünüz.

- Bəziləri ABŞ-ın beynəlxalq toplumda yalqızlaşmağa başladığını düşünür. Bu belədir?

- Sözsüz. Bu, sadəcə nüvə razılaşmasında keçərli deyil. Tramp hökumətinin digər mövzulardakı davranışları da buna yol açır. Bir çox insan dünya liderliyini yenidən ələ almağı istədiyimizi, buna görə bir çox problemlə qarşı-qarşıya qaldığımız bir prosesdən keçdiyimizi düşünür. Ancaq biz tam əks istiqamətdə gedirik. Məncə, bu da ABŞ-ın bir çox ölkə ilə münasibətlərinə uzunmüddətli zərər verir.

- İrandan necə bir reaksiya gözləyirsiniz?

- İran siyasətində güc tarazlığı radikal mühafizəkarların lehinə dəyişir. İran xarici siyasətində daha çox söz sahibi olduqlarını bir düşünün. Yaxın Şərq və ABŞ üçün önəmli nəticələri olacaqdır. Bunu da nəzərə alarsaq, məncə, uçurumun kənarındayıq. Ruhani və Zərif “Bəli, ABŞ ilə razılaşa bilmədik, amma Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya kimi ölkələrlə münasibətlərimiz davam edir” deyə, bu böhranı davam etdirə bilərsə, “vay” deyərəm.

- Vaşinqtonun Avropa İttifaqına təzyiq göstərdiyini bilirik. Nə qədər dirənə bilər?

- Açığı, bir neçə həftə ərzində avropalıların verdiyi açıqlamalar məni xeyli təəccübləndirdi. ABŞ-a aqressiv cavab verdilər. Amma bu sözlərin gerçəkləşəcəyindən o qədər də əmin deyiləm. ABŞ kimi bir müttəfiqə qarşı qətiyyətlə durmaq üçün ən azından 28 ölkənin razılığını almağınız lazımdır...

Reaksiya.az

Şərhlər