Özbəkistan İslam Hərəkatı İŞİD-ə beyət etdi
07.08.2015 21:19 Dünyadan reaksiya 2711
Rusiya daxil olmaqla bir çox ölkədə terror təşkilatı kimi qəbul edilən Özbəkistan İslami Hərəkatı (ÖİH), iŞİD-ə bağlılığını bəyan edib “İslam dövləti”inin təbliğat orqanlarından “Əl-Bəyan” radiosunun xəbərinə görə ÖİH özünü buraxaraq İŞİD-ə beyət etmə qərarı alıb. Təşkilat Əfqanıstan və İran kimi Orta Asiya ölkələrini əhatə edən Xorasan bölgəsində şəriət qaydalarına söykənən sələfi yönümlü “İslam Dövləti” qurduğunu elan edib. İŞİD-ə yaxın bəzi “Twitter” hesablarında paylaşılan bir videoda ÖİH lideri Osman Qazinin İŞİD lideri Əbu Bəkir əl-Bağdadiyə beyət etdiklərini açıqladığı görüntülənib. O.Qazi deyib: "Bundan sonra yalnız bir hərəkat deyil, dövlətik. ÖİH döyüşçüləri artıq Xorasan bölgəsinin İŞİD döyüşçüləri olaraq qəbul edilməlidir". 1990-cı illərdə Tahir Yoldaşev tərəfindən idarə olunan ÖİH Tacikistan, Qırğızıstan kimi ölkələrdə ölümcül terror aktları reallaşdırıb. Son illərdə isə hücumlarını Taliban ilə birlikdə Əfqanıstan və Pakistanda həyata keçirir. ÖİH Rusiya və bir çox Orta Asiya ölkəsində terror təşkilatı olaraq qəbul edilir.
Şərhlər