İran paytaxtını köçürmək istəyir
08.08.2015 00:12 Dünyadan reaksiya 2078
İranda paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsi ilə bağlı ciddi müzakirələr aparılır.
İran məclisi 2013 – cü ilin dekabrında 97 “xeyr” səsinə qarşılıq 110 “bəli” ilə paytaxtın başqa bir şəhərə köçürülməsinə dair qanunu qəbul etmişdi. Ancaq o gündən etibarən bu məsələdə heç bir irəliləyiş qeydə alınmayıb.
Reaksiya.az İRNA – ya istinadən xəbər verir ki, İran daxili oşlər naziri Əbdülrıza Rəhmani Fəzli, prezident Həsən Ruhaninin, son 20 ildir müzakirə edilən “paytaxtı başqa bir yerə köçürmək” fikri ilə razılaşdığını bildirib.
Nazir bildirib ki, millət vəkilləri, paytaxtın Tehrandan başqa bir yerə köçürülməsi təklifini razılıqla qarşılayıblar: “Amma hələ layihənin detalları bilinmir”.
Tehran təxminən 8.3 milyonluq əhalisi ilə Orta şərqin ən böyük şəhərlərindən biridir. Şəhərin ətrafında təxminən 14 milyon insanın da yaşadığı bildirilir.
Şərhlər