Ukraynada məktəbdə püskürdülən aerozol 36 uşağı xəstəxanaya saldı
21.05.2018 17:32 Dünyadan reaksiya 927
Ukraynanın Nikolayev şəhərində məktəbdə naməlum aerozol maddə püskürdülüb.Məlumata görə, dərhal məktəbdə təxliyə aparılıb, 400 uşaq təxliyə olunub.
Daha öncə xəstəxanaya 32 uşağın yerləşdirilməsi barədə məlumat yayılsa da, daha sonra 36 uşağın xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xəstəxanaya yerləşdirilən uşaqlarda başgicəllənmə, gözlərin sulanması və güclü öskürək müşahidə olunur.
Hazırda məktəbin binasında araşdırma davam edir, hadisə yerində təcili tibbi yardım briqadası və polis əməkdaşları işləyir. (Trend)
Şərhlər