Türkiyə və Türkmənistan liderləri görüşdü

08.08.2015 01:26     Dünyadan reaksiya     1833

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyədə olan Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuxamedov görüşüb.. Türkiyə ilə Türkmənistan arasında qarşılıqlı əlaqələrin müzakirə edildiyi  görüşdə Ərdoğan və Berdimuxamedov, iqtisadi əməkdaşlığı inkişaf mövzusunda qərarlı olduqlarını vurğuladı.

 

Ərdoğan və Berdimuxamedov, Tarabya Köşkündə təxminən 1,5 saat davam edən iş yeməyində görüşdü. Görüşdə iqtisadiyyat, enerji və mədəniyyət mövzuları başda olmaqla ikitərəfli əlaqələr müzakirə edilib.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün ölkə prezidentləri bir araya gəlib. İkili görüş sonrasında Ərdoğan və Berdimuxamedov təxminən 1 saat davam edən heyətlərarası görüşmələrə başçılıq edib. Türkiyə ilə Türkmənistan arasındakı əlaqələrin gündəmində yer alan mövzuların müzakirə olunduğu görüşdə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız və İqtisadiyyat naziri Nihat Zeybekci də iştirak edib.

Ərdoğan və Berdimuxamedovun istər təkbətək, istərsə heyətlərarası görüş əsnasında, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafı mövzusunda qərarlı olduqlarını vurğuladıqları bildirilir.

Ərdoğan, Türkmənistanda işləyən türk şirkətlərinə göstərilən yaxşı münasibətdən və duyulan etibardan ötrü təşəkkürlərini çatdırarkən, Berdimuhammedov da 84-cü Beynəlxalq İzmir Sərgisində partnyor ölkə olaraq iştirak etmək qərarlarını təsdiq edib.

Hər iki lider enerji sektorunun iki ölkə arasındakı əlaqələrin əhəmiyyətli bir hissəsini təşkil etdiyinə diqqəti çəkib.

Görüşdə mədəni əlaqələrin daha da inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb., Bu istiqamətdə Sultan Səncərin qəbrinin bərpa edilməsindən məmnunluq duyulmuş, Sultan Alparslanın qəbrinin tapılması istiqamətində işlərin ən qısa müddətdə tamamlanmasının arzulandığı da dilə gətirilib.

 

Şərhlər

Çox oxunanlar