ABŞ-da erməni qadın 250 minlik oğurluq etdi

23.05.2018 17:26     Dünyadan reaksiya     929

ABŞ-ın Arizona ştatında 35 yaşlı Emma Pçakcyan polis tərəfindən saxlanılıb. O, Skottcdeyldə işlədiyi “Diamond Craft Fine Jewelry” zərgərlik evindən oğurluq etməkdə ittiham olunur. Oğurluqdan sonra qadın vətəninə qaçmağa çalışıb

Nəhəng oğurluqla bağlı Abc15.com portalı yerli polisə istinadla məlumat yayıb. 

Qarət mayın 1-də baş verib. Mağaza sahibləri kişilər üçün olan almaz üzüyün və bir neçə qızıl əşyanın oğurlandığını görüblər. Qarətdən bir gün sonra Pçakcyan işdən çıxıb. 

Bundan sonra o, oğurluqda ittiham edilib. Məlumatlara görə, hadisə zamanı mağazaya 250 min dollar ziyan dəyib. 

Qadının evində axtarışlar zamanı oğurlanan zinət əşyalarının 70 min dollarlıq hissəsi tapılıb. Qalan 180 min dollarlıq mal isə yoxa çıxıb. 

Emma Pçakcyanın sözlərinə görə, əri işini itirdikdən sonra oğurluq etmək qərarına gəlib. O, mayın sonlarında Ermənistana getməyə hazırlaşıb.

Reaksiya.az

Şərhlər