Şimali Koreya ABŞ-ı təhdid etdi

24.05.2018 11:39     Dünyadan reaksiya     1230

Şimali Koreya ABŞ-la keçiriləcək sammitdə iştirak məsələsinə yenidən baxa bilər. 

Bununla bağlı Şimali Koreyanın Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, iyunun 12-nə planlaşdırılan Kim Çen In və Donald Tramp arasındakı görüşün taleyi ABŞ-dan asılıdır. 

“ABŞ-ın bizimlə danışıqlarda və ya nüvə müharibəsində görüşəcəyi məsələsi Vaşinqtondan asılıdır”, - Şimali Koreya diplomatı deyib. – “Əgər ABŞ təxribatçı hərəkətlər etsə və qanunsuz fəaliyyətlə məşğul olsa, ali rəhbərliyimiz sammitdə iştirakı yenidən nəzərdən keçirəcək”. 

Reaksiya.az

Şərhlər