ABŞ-dan acı etiraf: Rusiya hərbi üstünlüyə malikdir

24.05.2018 15:55     Dünyadan reaksiya     1442

Komandan: "Müharibənin ilk günü Rusiyanın "S-400" raket sistemi qırıcılarımızı və radarlarımızı məhv edəcək"

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin komandanı general Hizer Vilson (Heather Wilson), Rusiya ilə müharibə başlayacağı ehtimalını dəyərləndirib. O bildirib ki, bu, baş verəcəyi təqdirdə ABŞ-ın yeni "Northrop Grumman E-8" qırıcıları və "JSTARS" radarları müharibənin ilk günü Rusiyanın "S-400" raket sistemi tərəfindən vurulacaq.

General, eyni zamanda vurğulayıb ki, bu qırıcılar modernizə edilsə belə, Rusiya və Çin texnologiyaları üçün asan hədəf olacaq. ABŞ Konqresində hava qüvvələrinə nəzarəti həyata keçirən komitədə danışan Vilson "JSTARS" sistemi ilə təchiz edilən qırıcıların müharibə başlayacağı təqdirdə effektiv olmayacağını bildirib.

"Rusiya və Çin uzaq mənzilli yer-hava raketlərinə malikdir və qırıcılarımız müharibənin ilk günündə vurulacaq", — deyən Vilson, yeni "JSTARS" platformasının yaradılması üçün təxminən 7 milyard dollara ehtiyacın olduğunu da qeyd edib.

Qeyd edək ki, "S-400" Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır.

"S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: Çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.


Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Patriot" yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Rusiya Hərbi Hava Qüvvələrlərinin komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildir".(sputnik)

Reaksiya.az



 

Şərhlər