Dünya nüvə müharibəsinə YAXINLAŞDI – - ABŞ-ın rəqibi barədə ŞOK İDDİA

29.05.2018 11:32     Dünyadan reaksiya     1295

Çin yeni nəsilin nüvə silahının yaradılması templərini sürətləndirir və buna ABŞ-dan daha tez nail olacaq.

Bu haqda “The Hill” qəzeti bildirib.

Nəşr Çinin Mühəndislik Fizikası Akademiyasının məlumatlarına istinadən yazır ki, 2014-cü ilin sentyabrından 2017-ci ilin dekabrına kimi təxminən 200 sınaq keçirilib. Bu, ayda təxminən 5 sınaq deməkdir. Lourens adına Milli Laboratoriyanın məlumatlarına istinadə edən nəşr ABŞ-ın analoji sınaqları ayda bir dəfə keçirdiyini qeyd edib.

Nəşr xatırladır ki, Ağ Ev ölkənin nüvə arsenalının müasirləşdirilməsi proqramına 1,2 milyard dollar ayırıb və Müdafiə Nazirliyi (Pentaqon) bu ilin yanvarında Rusiya və Çinin qarşısının alınması üçün “kiçik gücdə” olan nüvə döyüş sursatlarının yaradılmasını nəzərdə tutan yeni nüvə doktrinasını təqdim edib. Bununla, qəzetə görə, Pentaqon Moskvaya və Pekinə mesaj verdi ki, Vaşinqton ehtiyac olduğu halda belə silahı tətbiq edə bilər.

Qeyd edək ki, ABŞ-ın yeni nüvə doktrinasına əsasən, “Trident D5” ballistik raketləri yeni və gücü daha az olan nüvə döyüş başlıqları ilə təchiz ediləcək. Hərbi ekspertlər və hərbçilər ABŞ-ın yeni nüvə siyasətini əvvəlki prezident Barak Obamanın nüvə siyasəti ilə müqayisədə daha davakar hesab edirlər.

Yeni doktrinada Pentaqon ABŞ-ın rəqibə nüvə zərbəsi üçün şərtlərin siyahısını genişləndirib. Xüsusi halda, böyük miqdarda qurbanlara gətirib çıxarmış qeyri-nüvə hücumu, həmçinin strateji obyektlərə edilən hücumlara cavab olaraq nüvə zərbəsi endiriləcək. ABŞ-da daha kiçik ölçülü və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrinin tətbiqinə icazə almaq daha realdır.

Silahlanma üzərində nəzarətin tərəfdarları isə ABŞ-ın niyyətləri ilə əlaqədar narahatlığını ifadə edirlər. Onların fikrincə, bu, döyüş əməliyyatlarının gedişatında nüvə silahından istifadə ehtimalını artırır. Yada salmaq kifayətdir ki, indiki ölçülər üzrə “zəif” nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.

Qeyd edək ki, ABŞ-ın taktik nüvə arsenallarının əsasını artıq uzun illərdir ki, B61 ailəsindən olan təyyarə bombaları təşkil edir. Bu silahın birinci versiyası 1968-ci ildə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib və döyüş sursatı o vaxtdan dəfələrlə müasirləşdirilib. Döyüş sursarının 11 versiyası var. 1997-ci ildə hazırlanmış son versiya xüsusi təyinata malikdir. O, böyük dərinlikdəki obyektlərə zərbələr üçün nəzərdə tutulub. Onun maksimum qüvvəsi müxtəlif qiymətlərə görə, 340-400 kiloton təşkil edir. Müqayisə üçün deyək ki, 9 avqust 1945-ci il tarixində Naqasakiyə atılan atom bombası 21 kiloton, 6 avqustda Xirosimaya atılan bomba isə 13-18 kiloton trotil ekvivalentə malik idi.

Amma başqa variantlar taktik hesab edilir. 3-cü və 4-cü versiyalar, xüsusi halda, ABŞ-ın Avropadakı bazalarında yerləşdirilib. 10-cu versiya 2005-ci il təcili tətbiqə hazırlıqdan çıxarılıb və anbarlardan götürülüb.

Hazırda “universal” B61-12 bombası yaradılır və B61-in bütün versiyalarını əvəz etməlidir.(publika)

Reaksiya.az

Şərhlər