Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI: “Hazırıq!”
29.05.2018 12:09 Dünyadan reaksiya 1525
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
Bu haqda Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Xəbərə görə, görüşdə Ermənistna-Fransa münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesi müzakirə olunub.
“Baş nazir Dağlıq Darabağ münaqişəsi üzrə danışıqlar prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirib. Nikol Paşinyan Ermənistanın konstruktiv atmosferdə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiq etdi”, - xəbərdə deyilir.(publika)
Şərhlər