Rusiya hərəkətə KEÇƏCƏKMİ? - müharibənin ÜÇ VARİANTI

29.05.2018 13:50     Dünyadan reaksiya     1681

Ukrayna və Donbasdakı “respublikalar” arasında hərbi qarşıdurma 4 ildir davam edir. Ekspertlər və diplomatlar münaqişənin həlli üçün zaman-zaman müxtəlif təkliflər irəli sürübülər, hadisələrin inkişafına dair versiyalar səsləndiriblər.

 Rusiyanın “topcor.ru” saytı hadisələrin inkişafı üzrə proqnoz xarakterli üç variant irəli sürüb.

Birinci variant: dağıdıcı əməliyyatla Rusiya sərhədinə doğru

Birinci variantda hərbi əməliyyatların aktiv mərhələyə keçidindən söhbət gedir. Məsələn, Amerika təlimatçılarının köməyi və güclü silah yardımı Ukrayna ordusuna separatçı qüvvələrin müdafiəsini yarmağa və Rusiya ilə sərhədi nəzarət altına almağa kömək edəcək. Ukrayna ordusunun əməliyyatları yaşayış məntəqələrinin də məhvi daxil olmaqla, son dərəcə sərt, hətta amansızcasına keçiriləcək..

Dünya cəmiyyəti Ukraynanın şərqində baş verənləri hərbi cinayətkarlara qarşı mübarizə və Ukraynanın daxili işi adlandıracaqlar.

Rusiya öz etirazını ifadə edəcək, ola bilər ki, hətta BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıracaq. Amma heç kəs buna reaksiya verməyəcək və heç bir qərar qəbul edilməyəcək.

Əlbəttə, Qərbin dəstəyi olmadan belə ssenarinin icrası mümkün deyil. Amma 18 min Amerika hərbi qulluqçusu, tanklar və özüyeriyən artilleriya qurğularının iştirakı ilə iyunda Polşa və Baltikyanı ölkələrdə genişmiqyaslı NATO təlimlərini nəzərə alsaq, onda aydındır ki, nə lazımdırsa baş verə ola bilər. Axı təlimlər futbol üzrə dünya çempionatının ərəfəsində keçiriləcəklər və həmin vaxt Rusiyanın əlləri bağlı olacaq.

İkinci variant: sülh missiyası

Bu variant həmçinin Ukrayna silahlı qüvvələri, “Sağ sektor” və başqa millətçi təşkilatların beynəlxalq sülh kontingentinin dəstəyi ilə Donbasın azad edilməsini nəzərdə tutur. Hərbçilər və mülki əhali arasında çoxsaylı qurbanlarla müşayiət edilən aktiv döyüşlərdən sonra münaqişə zonasına sülhməramlılar daxil ediləcək. Döyüşlər birinci variantda göstəriləndən daha yumşaq və uzunsürən olacaq. Döyüşlərdən sonra seçkilər keçiriləcək və Donbasda hakimiyyətə “lazımı insanlar” gələcək. Dünyaya separatçı rejimlərin silahlı qruplaşmalarının tərksilah ediləcəyi, hərbi qulluqçuların Rusiyaya qismən təxliyyə olunacağı elan ediləcək.

Üçüncü variant: Rusiyanın münaqişəyə müdaxiləsi

Üçüncü variantda isə “türkmanların müdafiəsi məqsədi” (Suriyanın şimalında həyata keçirilən “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının əsas hədəfi Türkiyənin sərhədlərini terror təşklatlarından təmizləmək idi –red.) ilə Suriyanın şimalına qoşunları daxil edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın addımı xatırlanır.

“Əgər Ərdoğan yolu ilə getsək və Rusiya qoşunlarını Donbasa daxil etsək, ehtimal ki, heç bir əlavə problem yaranmayacaq. Sanksiyalar belə artıq elan edilib, amma daha heç nədən qorxmaq lazım deyil. Əgər Rusiya rəsmən respublikaları tanıyırsa, onlarla müvafiq əməkdaşlıq müqavilələrini bağlayacaq və silahlı kontingentin tətbiqi və hərbi köməyin göstərilməsi qanuni olacaq”, - sayt iddia edib.

Müharibəyə günlər qaldı?

Sayt yazır ki, Donbasda hərbi əməliyyatlar Rusiyada futbol üzrə dünya çempionatının startı veriləcəyi iyunun ortalarında başlaya bilər.

“2008-də Mixail Saakaşvilinin Cənubi Osetiyaya hücumu Pekin Yay Olimpiya Oyunlarının açılışı günündə oldu. Ukraynada çevriliş Soçidə Qış Olimpiadası zamanı baş verdi. Ona görə də Donbasda hadisələrin çox sürətli inkişafı məhz futbol üzrə dünya çempionatın keçirildiyi günlərində tamamilə mümkündür”, - məqalədə deyilir.

Bildirilir ki, Rusiya qoşunlarını Donbasa daxil etmək üçün tutarlı dəlillər tapa bilər:

“Müasir dünya təcrübəsində mülki əhalinin müdafiəsi üçün qoşunların daxil edilməsi halları məlumdur. Bunun üçün nə hökumətin dəvəti, nə də BMT-nin mandate lazım olmayıb. İran yerli şiələrin, Türkiyə isə türkmanların müdafiəsi üçün Suriyaya qoşunlarını daxil etdi. ABŞ nadir hallarda tutarlı səbəblərə malik olaraq bütün dünyada öz hərbi kontingentlərini yeridir. Və Rusiya istəyəcəyi halda Donbasa qoşunlarını daxil etmək üçün min tutarlı dəlil tapa bilərər. Əgər istəməsə, bunu etməmək üçün min səbəb tapacaq. Rusiyaya müdaxilə etmək sərfəlidirmi? Demək çətindir. Gözləmək lazım deyil ki, vəziyyətin indiki inkişafında Rusiya və NATO-nun birbaşa toqquşmasından qaçmaq olar. Bu Ukraynada da, Suriyada da, başqa ölkələrdə də baş verə bilər. Əgər Ukrayna ABŞ-ın dəstəyi ilə Donbasda vəziyyətin kəskinləşməsinə gedərsə və Rusiya susarsa, onda amerikalılar anlayacaqlar ki, Rusiyaya fikir vermədən istənilən hədəflərə güc metodları ilə çatmaq olar”.(publika)

Reaksiya.az

Şərhlər