Putin Qərblə savaşı bunun hesabına udmaq istəyir - Piontkovski
29.05.2018 16:45 Dünyadan reaksiya 1044
Rusiya Prezidenti Vladimir Putin dünya müharibəsini nüvə silahıyla təhdid edərək udmaq niyyətindədir.
Bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Azadlıq radiosu”na müsahibəsində yer alıb. Onun sözlərinə görə, Qərb artıq buna reaksiya göstərməyə başlayıb:
“Kremlin NATO-nun nizamnaməsinin 5-ci maddəsinin məhvinə yönələn nüvə ritorikası artıq eşidilib, analiz edilib və diqqət mərkəzinə götürülüb. Alyans üzvləri NATO-nun simvolik kontingentinin Baltikyanı ölkələrdə daimi əsasda yerləşdirilməsi barədə razılaşıblar. Hərbi kontingentin həcmi böyük əhəmiyyət kəsb etmir. Əsas fakt burada Amerika hərbçilərinin olmasıdır. Onlar Rusiyanın qarşısının alınmasında canlı qalxandırlar. Kreml şantajçılarının bütün fikri Baltikyanı ölkələrə yaşıl adamcıqlarını göndərib, nüvə dəyənəyi vasitəsiylə Avropa və ABŞ-ı “siz Narva uğrunda ölməyə hazırsınız?” deyib qorxutmaqdan ibarətdir. ABŞ hərbçilərinin burada mövcudluğu isə psixoloji olaraq situasiyanı 180 dərəcə dəyişir.
Ümid edilirdi ki, bu addım Kreml avantüristlərini dayandıracaq. Bir neçə qarışıqlıqdan sonra hibrid-psixoloji müharibə yeniləndi. Putin indi 90% əmindir ki, onun deeskalasiya xətrinə etdiyi nüvə eskalasiyası Qərbi qorxudacaq. Putin düşünür ki, əgər Qərb bundan sonra geri addım atmasa, o zaman 99% ilk nüvə zərbəsindən sonra geri addım atacaq. Söhbət Rusiya və digər bir çox dövlətin əhalisini əsir götürən potensial nüvə terrorçusundan gedir. Onunla açıq və özünün başa düşdüyü dildə danışmaq lazımdır. Rusiyanın rəhbərliyində özünün psixoloji kompleksləri və absurd xarici siyasət hədəfləri ilə hərəkət edən rəhbər oturub. Bunun özü Rusiyanın mövcudluğunu şübhə altına alır”. (axar)
Şərhlər