Tiflisdən Əsədə: Uşaq qatili, Rusiyanın dostu...
30.05.2018 12:20 Dünyadan reaksiya 1311
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Suriyanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına reaksiya verib.
Marqvelaşvili fikrini öz Tvitter səhifəsində paylaşıb.
“Sənin müttəfiqlərin kim olduğundan xəbər verir. Bu gün kimyəvi silahlarla uşaqları öldürən Əsəd rejimi Rusiyanın müttəfiqidir”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Suriya rəsmən qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rəsmi Tiflis isə buna cavab olaraq Dəməşqlə münasibətlərini dayandırıb.
Şərhlər