Əfqanıstanda hərbi bazaya hücum edilib

31.05.2018 14:21     Dünyadan reaksiya     1323

Əfqanıstanın Hilmənd vilayətində yerləşən hərbi bazaya partlayıcı yüklü maşınla hücum edilib.

Hadisə vilayətin Şerin Can Salor meydanı yaxınlığndakı hərbi bazada baş verib. 


Məlumata görə, təhlükəsizlik qüvvələri hücumun qarşısını almağa nail olub. Qarşıdurma nəticəsində dəqiq açıqlanmayan sayda silahlı məhv edilib. 

Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” isə hücumun uğurlu olduğunu və bazada olan bütün əsgərlərin öldürüldüyünü iddia edib.

Şərhlər