Türkiyənin qarşısındakı 4 seçki ssenarisi - SİYAHI
08.08.2015 12:20 Dünyadan reaksiya 1216
Türkiyədə yeni hökumətin hansı formulla qurulacağı gələcək 2 həftə içində aydınlaşacaq. Bunun üçün isə 4 ssenari var.
Reaksiya.az xəbər verir ki, Baş nazir Əhməd Davudoğlunun Prezident Tayyib Ərdoğandan hökuməti qurma vəzifəsini almasından 30 günlük müddət geridə qalıb.
Qanuna görə, hökumətin qalan 15 gün ərzində yaradılması lazımdır. Koalisiya danışıqlarının 30 gündə başa çatmaması səbəbindən mümkün digər ssenarilər da gündəmə gəlməyə başlayıb.
1.Koalisiya yaradılmalıdır
Baş nazir Davudoğlu həm partiyada, həm də kabinetdə məşvərət iclası keçirəcək. Bazar ertəsi günü CHP Lideri Kamal Kılıçdaroğlu ilə keçiriləcək görüş koalisiyanın gedişini müəyyən edəcək. Daha sonra MHP-nin sədri Dövlət Baxçalı ilə də görüşəcək olan Davudoğlu, koalisiya məsələsində hər hansı bir müxalifət partiyası ilə razılıq verərsə, koalisiya hökumətinin siyahısı TBMM-ə təqdim olunacaq. Tətildə olan Məclis iclasa çağıracaq.
2.Azlıq hökuməti qurulacaq
Bu, AKP-nin seçkinin nə vaxt keçiriləcəyi barədə bir müxalifət partiyası ilə anlaşaraq hökumət qurmasına əsaslanan bir formuldur. Buna görə yeni hökuməti AKP təkbaşına quracaq. Anlaşıldığı müxalifət partiyası 276 əleyhinə səslərinin tapılmasına mane olacaq. Beləliklə, hökumət toxunulmazlıq əldə edəcək.
3.Məclis qərar verəcək
Koalisiya danışıqlarından nəticə çıxmasa, 45 günlük müddət tamam olduqdan sonra AK Partiyasının Məclisi fövqəladə toplantı çağıracaq və Məclisdən erkən seçki qərarı çıxarması danışıqlar aparacaq. Erkən seçki qərarı isə Məclisdə səsvermədə iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir.
4.Prezident seçki haqda sərəncam verəcək
Avqust ayının 23-də dolacaq 45 günlük müddət ərzində yeni Nazirlər Kabineti təşkil edilə və ya hökumət qurulsa belə, Prezident Ərdoğan Parlamentin sədri İsmət Yılmaza məsləhətləşərək seçkilərin keçirilməsinə qərar verəcək. Yılmaz siyasi partiya qruplarından hökumətə olunacaq üzv sayını müəyyən edəcək və bu haqda Baş nazirə bildirəcək. Bu hökumət isə 90 günlük müddət ərzində Türkiyəni seçkiyə aparacaq.
Şərhlər