Moskvadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ

06.06.2018 12:09     Dünyadan reaksiya     913

Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.
 
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, müdafiə naziri bu haqda MDB dövlətlərin müdafiə nazirlərinin iclasında bildirib.
 
"Bu gün Suriya ərazisinin çox hissəsi döyüşçülərdən azad edilib, qalan terrorçularla silahların toplanması üzrə danışıqlar gedir. Psevdoxilafətin yaranması planlarının qarşısı alınıb. Siyasi nizama salınma və vahid, bölünməz dövlət kimi Suriyanın dirçəlişi üçün bütün şərait yaradılıb”, - o deyib.
 
Şoyqu MDB ölkələrinə Suriyanın bərpasında iştirak etməyi təklif edib: "Təhlükəsizliyi təmin etmək yalnız birgə səylərlə mümkündür. Hörmətli həmkarlar, bununla əlaqədar olaraq Suriyada dinc həyatının qaydaya salınmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya üzrə praktik qarşılıqlı əlaqələrimizin geniş spektri mümkündür. Ərazinin minalardan təmizləməsi, təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar yardımın göstərilməsi, infrastrukturun bərpası və sair. Sizin dəstəyinizə bel bağlayırıq. Bu, beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin təminatında bizim birliyimizi nümayiş etdirərdi”.
 
Nazirin sözlərinə görə, hazırda Suriyada siyasi nizama salınma, humanitar yardımın göstərilməsi və infrastrukturun bərpası məsələləri ön plana çıxır.
 
Qeyd edək ki, Azərbaycan MDB-nin üzvüdür.
 

Şərhlər