Gürcüstan Suriya ilə diplomatik əlaqələrin dayandırılmasına dair BMT-yə nota göndərib
06.06.2018 12:13 Dünyadan reaksiya 846
Rəsmi Tbilisi Suriyanın BMTvə Misirdəki nümayəndəliklərinə bu ölkə ilə diplomatik əlaqələrin dayandırılmasına dair nota göndərib.
Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, bu addım Gürcüstan hökumətinin mayın 31-də əlaqələri dayandırmaq barədə qərarları ilə bağlı atılıb.
Qeyd edək ki, mayın axırlarında Suriya hökuməti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığına dair bəyanat yayıb.
Suriya separatçı qurumlarla diplomatik əlaqələr quracağını, qarşılıqlı nümayəndəliklər açılacağını bildirib.
Şərhlər