Rusiya hərbi gəmilərini Xəzərdən niyə çıxardı? - Kremlin planı İFŞA OLUNDU
06.06.2018 13:07 Dünyadan reaksiya 1120
Rusiya Azov dənizində müharibəyə hazırlaşır.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu “BlackSeaNews” nəşrinin baş redaktoru, hərbi ekspert Andrey Klimenko bildirib.
O əmindir ki, regionda münaqişə yetişir. Klimenkonun sözlərinə görə, Rusiya Azov dənizinə 12 gəmi göndərib və bunlardan 6-sı Xəzər donanmasında olan artilleriya katerləridir.
“Onlardan üçü artıq Kerçə gəlib. Bizim məlumatlarımıza görə, daha 3 gəmi Temryuk ərazisində yerləşdirilib. Digərləri isə “Serna” tipli kiçik desant gəmiləridir. Bunların içində bir tank və 30 desantçını yerləşdirmək mümkündür”, - o deyib.
Klimenko vurğulayıb ki, Rusiya regionda böyük miqdarda quru qoşununa malikdir.
“Bütovlükdə Taman yarımadasından Rostova qədər olan ərazi Rusiyanın Cənub hərbi dairəsinin yerləşdiyi əsas rayonudur. Orada on minlərlə hərbçi var. Ukrayna Azov regionunda Rusiya ilə müqayisədə xeyli zəifdir. Burada Hərbi-Dəniz Qüvvələrini gücləndirmək son dərəcə lazımdır. Hazırda burada Ukraynanın Hərbi-Dəniz Qüvvələrində bir hərbi gəmi belə yoxdur. Bölgədə dəniz sərhədçilərinin 15 dəniz mühafizəsi kateri var. Bu, çox azdır. Nəzərə alaq ki, hərbi aviasiya və hava hücumuna qarşı müdafiə sistemlərinin sayında da uduzuruq. Bu halda təcavüzkar ölkə üçün Azov dənizinin sahilində desant əməliyyatı üçün çox əlverişli şərait yaranır”, - ekspert yekunlaşdırıb.
Şərhlər