“İsrail hücuma məruz qalsa, Suriya ordusu məhv ediləcək” - Netanyahu
08.06.2018 13:13 Dünyadan reaksiya 935
İsrail Baş naziri Benyamin Netanyahu Avropaya üç günlük diplomatik səfərini başa vuraraq ölkəyə geri dönüb.
O, avropalı həmkarları ilə İran nüvə sazişinə dair danışıqlar aparıb.
Səfəri çərçivəsində Netanyahu Suriyaya da ismarıc göndərərək bildirib ki, əgər İsrail hücuma məruz qalsa, Suriya ordusu məhv ediləcək.
O, Suriya prezidenti Bəşər Əsədin ordusunun İsrail üçün asan hədəf olduğunu bildirib: “Əgər Əsəd bizə atəş açsa, biz onun qüvvələrini məhv edərik”.
Şərhlər