Yaponiya: ABŞ bizi tək buraxmayacaq
14.06.2018 12:40 Dünyadan reaksiya 907
ABŞ və Yaponiya arasındakı müttəfiqlik münasibətlərində dəyişiklik olmayacaq.
Bunu Seulda jurnalistlərə açıqlamasında Yaponiya Xarici İşlər naziri Taro Kono deyib. Onun sözlərinə görə, Yaponiyada ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsində də dəyişiklik olmayacaq:
“Cənubi Koreya və ABŞ arasında hərbi təlimlərin keçirilməsi Şimali Koreyanın nüvəsizləşdirilmə istiqamətində atacağı addımlardan asılı olacaq. ABŞ Yaponiyanın müdafiəsiylə bağlı müttəfiqlik vədlərinə əməl edəcək”.
Şərhlər