ABŞ dövlət katibi: “Şimali Koreyaya qarşı heç bir sanksiya götürülməyəcək, əgər…”

14.06.2018 14:16     Dünyadan reaksiya     948

Şimali Koreya nüvəsizləşdirmə aparmayana qədərə heç bir iqtisadi sanksiyanın götürülməsini görməyəcək, ABŞ dövlət katibi Mike Pompeo deyib.

O, bu barədə Cənubi Koreya və Yaponiya həmkarları ilə Seulda keçirdiyi mətbuat konfransında bildirib.

Bundan bir-iki gün öncə ABŞ və Şimali Koreya prezidentləri Sinqapurdagörüşüb.

Liderlər yeni münasibətlərin qurulması üçün razılaşma imzalayıb.

Cənab Kim Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı vəd verib, ancaq bu razılaşmaya şübhələr var: Şimali Koreyanın nüvə silahını necə ləğv edəcəyi və bu prosesin necə sübuta yetiriləcəyi detalları hələ aydın deyil.

Mike Pompeo Sinqapurdan Şimali Koreyaya gedib və ABŞ-ın regional müttəfiqləri ilə görüşüb.

O deyib ki, Kİm Jong-un-un nüvəsizləşdirmənin təxirəsalınmadan yerinə yetirilməli olduğunu anladığına inanırlar: "Biz bunu sürətlə etməliyik".

Mike Pompeo onu da əlavə edib ki, ABŞ Cənubi Koreya və Yaponiya ilə strateji müttəfiq olaraq qalır.

Donald Trump Cənubi Koreyadakı ABŞ qoşunlarının təlim-məşqlərinin dayandırılacağınıvəd edib.

Cənubi Koreya və Yaponiya deyib ki, Şimali Koreyanı qəzəbləndirən hərbi təlimlər onların təhlükəsizliyinin təmini üçün vacibdir.

 

Şərhlər