Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb
17.06.2018 11:46 Dünyadan reaksiya 1356
Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir.
Bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: "Bakıda 5200-dən çox, Naxçıvanda - 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir".
Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq.
Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.
Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.
Şərhlər