Hərbi baza partladı: - 15 ölü, 20 yaralı

09.08.2015 01:45     Dünyadan reaksiya     1734

Mina yüklənmiş avtomobilin partlaması nəticəsində Yəməndə ən azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb. Reaksiya.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, partlayış “Labuza” hərbi bazasında dünən axşam baş versə də, hadisə barədə məlumat bu gün yayılıb. Hərbi mənbənin “Assoşieyted Press”ə verdiyi məlumata görə, partlayışı husilər törədib.   

Yəməndə şiə husilərlə hökumət qüvvələri arasında konflikt davam edir. Husilərin nəzarətində olan ərazilərə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 26 martdan etibarən aviazərbələr endirirlər. Sözügedən tarixdən indiyə qədər ən azı 1,9 min adamın öldüyü bildirilir. 
 

Şərhlər

Çox oxunanlar